Ölkə

Azərbaycanda iş adamı İNTİHAR ETDİ

15 Aprel 2019 14:34
0 Şərh     Baxış: 2 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda intihar hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində, rayon icra hakimiyyətinin yaxınlığında qeydə alınıb.

Rayon sakini, 32 yaşlı Tofiq İsgəndərov özünü evinin həyətində yerləşən çardaqdan asaraq intihar edib. İntiharın baş vermə səbəbi bilinmir.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən "Araz" marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Billurə Əmirova hadisənin şəxsi zəmində baş verdiyinin ehtimal edildiyini bildirib:

"Hadisənin səbəbləri hələlik tam məlum deyil. Ehtimal edilir ki, hadisə şəxsi zəmində baş verib. Hazırda hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır, hadisənin əsl səbəbləri araşdırmadan sonra məlum olacaqdır.

Qeyd edək ki, 1988-cı il təvəllüdlü, Bərdə rayon sakini İsgəndərov Tofiq İlham oğlu 2015 -cı ildən Araz Supermarketlər Şəbəkəsində çalışırdı".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.