Ölkə

Mərdəkandakı uşaq evi ilə bağlı şok ittiham - Nazirlik hərəkətə keçdi

15 Aprel 2019 14:24
10 Şərh     Baxış: 2 363

Kimya müəlliməsi Leyla Ucalın sosial şəbəkədə Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbi haqqında yazdıqları geniş müzakirələrə səbəb olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2017 ildə 2 həftə sözügedən məktəbdə dərs keçən gənc müəllim müşahidələrini ictimaiyyətlə bölüşüb. Bildirib ki, məktəbdə uşaqların yaşadığı problemlər, onun qarşılaşdığı qanunsuzluqlarla bağlı Təhsil Nazirliyinə şifahi və yazılı müraciət etsə də, ondan maddi sübut (video və ya səs yazısı) istənilib.

L. Ucalın yazısından bəzi qeydləri təqdim edirik:

"Məktəbdə müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi. 

Şagirdlərə kitab yalnız 45 dəqiqə ərzində paylanıb dərs sonunda yığılırdı. Buna etiraz etdiyim zaman müavin mənə dedi ki, uşaqlar vəhşidir, kitabları versələr, cıra bilərlər. Halbuki oxumaq istəyən uşaqlar var idi, amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdularki, uşaqlar oxumaqdan soyuyurdu.

Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim dərs keçmədi mən orda olduğum müddətdə. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdi ki, bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda.

Bunun nəticəsidir ki, məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib. 

Məktəbin psixoloqu direktorun sürücüsü idi. O, tez-tez uşaqları heç bir əsas olmadan dərsdən çıxarıb fiziki iş görməyə aparırdı. 

Leyla Ucal

Uşaqlara gələn keyfiyyətli qidalar satışa çıxarılır, elə onları da uşaqlar daşıyırdı. 

5 saat dərsimin hər saatı bir günə salınmışdı, Mənə bildirildi ki, hər ay direktor müavininə 50 manat versəm, dərsim 2 günə salınar. Bütün bu rahatlıq direktorun icra başçısı ilə çox yaxın olmasından gəlirmiş.

İnternətdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu".

Hazırda "Qafqazinfo"nun əməkdaşları ittihamlara cavab tapmaq üçün 2 saylı internat məktəbinə baş çəkib. Təhsil Nazirliyinin nümayəndəsi, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdir müavini Həbib Kərimov da sözügedən məktəbdədir.

H. Kərimov qeyd edib ki, məsələ ilə bağlı komissiya yaradılıb: "Araşdırma başlanılıb. Nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək".

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    hafiz · 15 Aprel 14:33160

    bunlarin hamisi güllenmelidir!!!!! Bu yerde deyirsen heyf ki güllenme yoxdur

    Cavab yaz
  • Anonim
    kate · 15 Aprel 14:44200

    Mən bu müəlliməyə inandım. Allah qorusun. Cox dərin kola ilişib. Cəsərəti gəncliyindən irəli gəlir.

    Cavab yaz
  • Anonim
    Bəli · 15 Aprel 14:45170

    Onsuz da o uşaqlar həyata 0-1 hesablı məğlubiyyətlə başlayır..O uşaqlara dəstək lazımdır, əzmək yox..

    Cavab yaz
  • Anonim
    Dana · 15 Aprel 14:53160

    Yetimin malina goz dikenin insallah heyatida omrude bu dunyada cehennem olarki digerlerine ders olsun diye .bucur haqsizliq olmaz buna son qoymaq lazimdir ....

    Cavab yaz
  • Anonim
    Sosu · 15 Aprel 14:57120

    Usaqlari incitmek gunahdi

    Cavab yaz
  • Anonim
    İnanna. · 15 Aprel 14:59180

    Varam belə gənclərə.Bəlkə də çox əziyyət çəkəcək,amma vicdanlı və mərhəmətli insan belə şeylərə asanlıqla göz yuma bilməz!...Bundan sonrası üçün yolu açıq olsun və bilsin ki,ya hər daim sözünü deyən olacaq,demaqoq deyib çəkinəcəklər,ya da başqa cür çətinlik çəkəcək.Güclü və cəsarətli olmaqla hər çətinliyin öhdəsindən gələ bilər,ancaq sınmamaqla...

    Cavab yaz
  • Anonim
    Dana · 15 Aprel 15:07150

    Yasasin bucur gencler ki haqsizliqa yox deyirler ....insallah tanrim komeyi olar herisde xanima ....

    Cavab yaz
  • Anonim
    Özüm · 15 Aprel 15:2970

    Günahdı yetim malı yemək!Allah 1 gün qusdurar O, səxsə yediklərini.

    Cavab yaz
  • Anonim
    ~~~ · 15 Aprel 15:5750

    Uşaq evlərində işləmək üçün ya ordakılar kimi mərhəmətsiz,duyğusuz, vicdansız olmalısan ya da görüb eşitdiklərinə kor-kar.Əksi olsa oğurluq,əxlaqsızlıq,qanunsuzluq və s.bəhanələrlə işdən atarlar.Sağolsun bu müəllimə,haqsızlığa səssiz qalmadığı üçün.Amma inanmıram günahkarlara cəza verilə.Aysun da çəkmişdi birini .Nə oldu? Ya uşaqları döyən bağça müdirəsi?O da azadlıqda.Və daha necə belələri.

    Cavab yaz
  • Anonim
    Nn · 15 Aprel 21:2210

    Orada ozbawinaliqdir. Allah belalarini versin o direktorunda, uwaqlara zulm eden muellimlere de.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.