Ölkə

Bərdədə 150 yaşlı hamam dağılmaq üzrədir - VİDEO

15 Aprel 2019 12:34
1 Şərh     Baxış: 521

Bərdənin Şirvanlı kəndində tarixi hamam dağılmaq üzrədir.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Şirvanlı hamamının əsası XVIII əsrdə Seyid Heydər tərəfindən qoyulub.

Tikintisində keyfiyyətli inşaat materiallarından istifadə edilməsi tarixi abidənin bu günə qədər gəlib çatmasına imkan verib.

Yerli sakinlərin sözlərinə görə, hamam həftənin tək günləri kişilər, cüt günləri isə qadınlar üçün nəzərdə tutulub. Binaya ön və arxa hissədən iki girişin qoyulması da bununla əlaqədardır. 

Ötən əsrin 70-ci illərinə kimi fəaliyyət göstərən hamama sonralar tələbat azaldığından fəaliyyəti dayandırılıb.

Uzun müddət istifadəsiz qalan hamam bərbad vəziyyətə düşüb. Sakinlər bildirir ki, tarixi hamamın bərpa olunması zərurəti ortaya çıxıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bərdədə 150 yaşlı hamam dağılmaq üzrədir

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    asi · 15 Aprel 12:5520

    Lazım olsa zərurət yarana bilər..Hamam adəti bizlərdə qədimdən var..Indi hamının evində olsa da ümumi hamamı müasir vəziyyətə gətirib insanları cəlb etmək olar..Həm tikili yaşayar, həm də maraq artar..Həm turistləri də cəlb etmək olar..Bu baxımdan Türkiyənin təcrübəsindən istifadə etsinlər..Lazımsızdır deyib tikililəri məhvə məhkum etməsinlər..Təyinatını dəyişib də işlətmək olar..Qədrini bilmək lazımdı sadəcə..Azərbaycanın tikililəri tək Xan Sarayı və Qız Qalasından ibarət deyilki...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.