Ölkə

Dumanlı hava iki qəzaya səbəb oldu

15 Aprel 2019 11:59
0 Şərh     Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dumanlı hava şəraiti ilə əlaqədar bu saata kimi Bakıda iki yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

O, sürücülərə yollarda diqqətli olmalarını tövsiyə edib:

"Bu saata qədər paytaxt ərazisində nəqliyyat vasitələrinin maddi zərəri ilə nəticələnən iki yol qəzası baş verib. Xəsarət alan olmayıb. Hazırda dumanlı hava şəraiti Bakının Yasamal rayonu ərazisində daha çox hiss olunur.

Bu səbəbdən sürücülərə yaxın işıqlarını yandıraraq hərəkət etmələri tövsiyə olunur. Yaxşı olaradı ki, yollarda sürət həddini mümkün qədər aşağı endirsinlər, ara məsafəni gözləsinlər və diqqətli olsunlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.