Ölkə

Bakıda qadın parkı zibilliyə çevirdi - VİDEO

13 Aprel 2019 13:12
14 Şərh     Baxış: 4 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda parkda tum çırtlayaraq yeri zibilləyən qadın ictimai qınağa səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. 

Nərimanov rayonunda yerləşən parkda video çəkən şəxs həmin valideynə yaxınlaşıb və niyə belə etdiyini soruşanda "süpürgəçi nə işə yarayır?" cavabını alıb. 

Video çəkən şəxs isə zibili atması üçün ona paket verib və qadına süpürgəçinin yarpaq, toz kimi təbii zibilləri təmizləməli olduğunu izah edib.

Videonu izləyənlər gənc valideyni tənqid edərək övladına pis örnək olduğunu bildiriblər.

Həmin şəxs videonu paylaşan zaman "İnsanlarımızın əksəriyyəti pinti insanlardır. Ətrafımız ona görə zibillik, pislik və natəmizlikdir", - qeyd edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda qadın parkı zibilliyə çevirdi, tənqid olundu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.