Ölkə

Nazir: "Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək iclasına 3 mindən çox qonaq qatılacaq"

13 Aprel 2019 11:37
Baxış: 303

2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Azərbaycana müxtəlif ölkələrin 3 mindən artıq nümayəndəsi gələcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bu yaz özün bir təbiət yarat" devizi əsasında başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində Qobustan Dövlət Tarix-Bədii Qoruğunda keçirilən kütləvi ağacəkmə aksiyasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Azərbaycan Ümumdünya İrs Komitəsinin 43-cü iclasına sədrlik edəcək:

"Qeyd edim ki, Dünya İrsi Siyahısında milli sərvətimiz olan Qobustan qoruğunun da öz yeri var və Azərbaycana səfər edəcək 3 min nəfərdən ibarət nümayəndə heyətlərinin də Qobustan qoruğuna səfəri nəzərdə tutulub".

Ə.Qarayev qeyd edib ki, 10 gün davam edəcək tədbir zamanı Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.