Ölkə

Ramil Usubovdan növbəti təyinat

13 Aprel 2019 10:36
0 Şərh     Baxış: 2 159

Daxili işlər orqanlarında yeni təyinat olub.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İlqar Şabanov Salyan Rayon Polis şöbəsi rəisinin əməliyyat üzrə müavini təyin edilib.

Qeyd edək ki, İ.Şabanov bu təyinatadək Kəlbəcər rayon Polis şöbəsində təhqiqatçı vəzifəsində işləyib. O, 2013-2019-cu illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışan polis polkovniki Faiq Şabanovun qardaşıdır. F.Şabanov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.