Ölkə

Keçmiş məhkumun evindən narkotik tapıldı

12 Aprel 2019 09:49
1 Şərh     Baxış: 451

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Talalar kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş 53 yaşlı Çingiz Yolçuyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri, eləcə də 790 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    güli · 12 Aprel 13:5500

    neft tapmaq fikriniz varidiki?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.