Ölkə

Yol Polisi Sumqayıtda reyd keçirdi - 50 avtomobil saxlanıldı - FOTO

11 Aprel 2019 19:07
1 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhəri ərazisində "Təmiz Hava" aylığı çərçivəsində maarifləndirci-profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının kemirdikləri tədbir zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.

Tədbirin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

Təhlükəsizlik tədbirləri zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra, sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib. "Təmiz Hava"aylığı çərçivəsində kemirilən tədbir zamanı şəhər ərazisində 50 avtomobil saxlanılıb, normadan artıq dəm qazı olan 5 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib. Bundan başqa digər qayda pozan sürücülər barəsində müvafiq qaydada cərimələr tətbiq edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.