Ölkə

İşgəncələr Əleyhinə Komitə Bayram Məmmədov və digərləri ilə görüşdü

9 Aprel 2019 19:06
0 Şərh     Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində növbəti monitorinqini keçirib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında komitə sədri Tural Hüseynov məlumat verib.

Onun sözlətinə görə, monitorinqin məqsədi məntəqədə saxlanılan şəxslərin şəraiti, rəftar, müəssisədə saxlanılanların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasıdır:

"Monitorinqi mən, komitə sədrinin müavini Elçin Şirinov və hüquqşünas Qartal Hüseynov keçirdik.

Müəssisədə 167 nəfər saxlanılırdı. Onlardan 163-ü kişi, 4-ü isə qadın idi. Saxlanılan şəxslərlə fərdi qaydada söhbətlər apardıq. Saxlanılanlar arasında martın 17-də azadlığa buraxılan və martın 30-da polisə müqavimət göstərdiyi üçün həbs olunan Bayram Məmmədov, onunla birlikdə saxlanılanlar - Paşa Umudov və Ramin Nağıyev də var idi. Həmin şəxslərlə də fərdi qaydada görüşdük, saxlanılma müəssisəsində olan hüquqlarını onlara başa saldıq. Bayram Məmmədov və digər şəxslər saxlanılma şəraitindən şikayət etmədilər. Bayram Məmmədov əsasən həftədə neçə dəfə telefondan istifadə etməsi, görüş verilməsi ilə bağlı maraqlandı və ona bütün hüquqları izah olundu. Bundan başqa, Bayram Məmmədovun bir sıra müraciətləri var idi ki, o məsələlər də yerində həll olundu".

T.Hüseynov bildirib ki, monitorinq zamanı məntəqədə saxlanılan 4 qadınla da görüşüblər: "Onlardan 2-si narkotik istifadəsinə, 1-i polisə müqavimət, digəri isə dələduzluğa görə saxlanılanlardır. Görüş zamanı həmin şəxslərin də saxlanılma şəraiti və rəftardan şikayətləri olmadı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.