Ölkə

Bakıda da bir kəsişmədə sarı kəsişmə toru yaradılacaq

9 Aprel 2019 13:46
1 Şərh     Baxış: 3 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu gün axşam saat 23:00-dan səhər saat 06:00-a qədər Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq.

Bununla əlaqədar olaraq sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, sarı kəsişmə toru nişanlanmasının təşkili Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında həyata keçirilir.

Xatırladaq ki, BNA-nın təşəbbüsü ilə Bakının nəqliyyat sistemində yenilik olan sarı kəsişmə toru nişanlanması kəsişmələrdə tıxacların aradan qalxmasına ciddi təsir göstərir. BNA-nın rəsmi açıqlamasına görə, artıq Səməd Vurğun və Abbasqulu Ağa Bakıxanov küçələrinin kəsişməsində təşkil edilən bu nişanlanma müsbət nəticəsi hiss edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.