Ölkə

Ata-oğul qəbiristanlıqdan oğurluq edirlərmiş

8 Aprel 2019 14:04
0 Şərh     Baxış: 1 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə ötən ilin oktyabr ayından cari il mart ayının 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır. 

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.