Ölkə

"Vətən bizə əmanətdir" - Aprel zəfərinə və şəhidlərin xatirəsinə həsr olunmuş möhtəşəm tədbir keçirilib - FOTO

4 Aprel 2019 14:01
1 Şərh     Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və "Zəfər Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun 2016-cı il uğurlu aprel döyüşlərinin 3-cü ildönümünə və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir təşkil olunub.

Milli.Az xəbər verir ki, tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, "Zəfər Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Sevinc Alızadə və digər qonaqlar iştirak ediblər.

Natiqlər ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu, hörmət və ehtiramla yad edildiyini, həmçinin, təşkil olunan bu cür tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, xalqımızın birlik və vəhdətinin təcəssüm etdirilməsi istiqamətində əhəmiyyəti vurğulayıblar.

Tədbirdə aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə başlanan "Şəhidimiz" kampaniyası çərçivəsində hazırlanan və şəhidlərimizin ailə üzvlərinin videolardan ibarət çarxlar , həmçinin "Vətən bizə əmanətdir" bədii kompozisiyası təqdim olunub.

Tədbirin sonunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərmarka" MMC tərəfindən "Aprel döyüşləri-2016. Lələtəpə" adlı poçt markaları və birinci gün zərflərinin təqdimatı keçirilib.

Zabit Əsgərov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.