Ölkə

“SmartPay” üzərindən DYP cərimələrini və gömrük yığımlarını ödəmək mümkündür - FOTO

2 Aprel 2019 17:49
0 Şərh     Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin "SmartPay" ödəniş sistemi istifadəçilərinə yeni imkanlar təqdim edir.

Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi bundan sonra artıq "SmartPay" ödəmə sistemi vasitəsilə də mümkün olacaq.

Həmçinin, "SmartPay" ödəmə sisteminə yeni inteqrasiya edilmiş xidmət vasitəsi ilə gömrük yığımlarını da ödəmək olacaq.

Qeyd edək ki, vətəndaşlar "SmartPay" ödəmə sistemi vasitəsi ilə kommunal ödənişlər, mobil nömrələrdə balansın artırılması, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi və sair bu kimi xidmətlərdən yararlana bilərlər.

"SmartPay" 70 poçt filialı, 1211 poçt şöbəsində 60 ödəmə terminalı, 60-dan çox xidmət üzrə, 2326 ödəmə nöqtəsi ilə vətəndaşların xidmətindədir.

Eyni zamanda, ödəmələri, "smartpay.az" saytı vasitəsilə də istənilən məkandan həyata keçirmək mümkündür.

"SmartPay" ödəmə sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyini və mühafizəsini təmin edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.