Ölkə

Bakı Ali Neft Məktəbi "Rapid Solutions "şirkətilə anlaşma memorandumu imzaladı

2 Aprel 2019 12:34
Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbinin (BANM) partnyorları siyahısına daha bir transmilli şirkət daxil oldu.

Milli.Az xəbər verir ki, BANM elektrik, hidravlik və mexaniki qurğuların, telekommunikasiya xidmətlərinin və bu istiqamətdə texniki təlimlərin qlobal təchizatçısı olan "Rapid Solutions" şirkəti ilə anlaşma memorandumu imzalayıb.

Memorandumun imzalanmasında əsas məqsəd Ali Məktəbin müxtəlif ixtisasları üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və biliklərin yiyələnməsi üzrə birgə əməkdaşlıq tədbirlərinin həyata keçirilməsidir.

Müqavilənin şərtlərinə əsasən şirkət özünün marağında olan ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığında Ali Məktəblə əməkdaşlıq edəcək, müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, eləcə də birgə elmi forum və konfransların təşkili işlərində köməklik göstərəcək.

Tərəflər arasında həmçinin birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, o cümlədən ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi haqqında razılığa gəlinib.

Qeyd edək ki, Ali Məktəbin əməkdaşlıq etdiyi nəhəng transmilli şirkətlər arasında SOCAR, BP, Halliburton, Maire Tecnimont, ABB, Schlumberger, Schneider Electric, Emerson və s. kimi şirkətlər daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.