Ölkə

Paytaxtda təbii qazın verilişində olan məhdudiyyət BU VAXT aradan qalxacaq

29 Mart 2019 21:47
0 Şərh     Baxış: 1 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Binəqədi və Nizami rayonları ərazisində təbii qazın verilişi məhdudlaşdırılıb.

Milli.Az bildirir ki, Sputnik Azərbaycan-a açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev qeyd edib ki, məhdudiyyətə səbəb görülən təmir işləridir:

"Hər iki rayonda yeni çəkilən və diametri 315 milli metrlik olan yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi təbii qazın verilişndə məhdudiyyətə səbəb olub. Bundan başqa, Kürçaylı və Şərifli küçələrinin kəsişməsinə düşən avtomobil yolunun yenidən qurulması ilə bağlı olaraq tikinti sahəsinə aid yeraltı qaz xəttində də təmir işləri gedir. Belə ki, diametri 373 milli metrlik orta təzyiqli yeraltı qaz xəttinin əsaslı təmir olunması Nizami rayonunun Qara Qarayev, Süleymanov, Bəhruz Nuriyev, Naxçıvanski, Rüstəmov, Manafov və Nəvai küçələrində təbii qazın verilişində fasilələrin yaranması ilə nəticələnib".

"Eyni zamanda Binəqədi rayonunun 6-cı mikrorayon, 7-ci mikrorayon, 8-ci mikrorayon və 9-cu mikrorayon adlanan ərazilərində, Rəsulzadə qəsəbəsində, "Xutor" adlanan ərazinin bir hissəsində belə problemlər müşahidə olunub" - deyə həmsöhbətimiz əlavə edib.

İ.Kərbəlayev görülən işlərin gecəyə qədər yekunlaşacağını, sabah gün ərzində təbii qazın verilişinin təmin olunacağını söyləyir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.