Ölkə

Nazirdən sosial müavinət və təqaüd artımları ilə bağlı - AÇIQLAMA - YENİLƏNİB

28 Mart 2019 17:51
1 Şərh     Baxış: 2 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:51

Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 25 fevral 2019-cu il tarixli müvafiq sərəncamı ilə 14 növ sosial müavinətin, yeddi növ prezident təqaüdünün artırılması, iki növ yeni prezident təqaüdünün təqdim edilməsi ilə bağlı bütün normativ hüquqi aktlar aidiyyəti üzrə təqdim olunub. 

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə normativ hüquqi aktlar imzalanacaq və aprel ayında vətəndaşlar öz ödənişlərini artımla alacaqlar:

"Artımlar 600 min insanı əhatə edəcək, onun 300 mindən çoxu əlilliyi olan şəxslərdir. Ümumilikdə, bu artımlar üçün əlavə 400 milyon manat vəsait tələb olunur. Düşünürəm ki, onlar artıq bu ayın ödənişini artımla bərabər ala biləcəklər".

Nazir qeyd edib ki, "Məşğulluq" alt sistemi yaxın günlərdə sınaq test rejiminə başlayacaq:

"İlk dövrlərdə həm mərkəzlərin fəaliyyət göstərməsi, həm də elektron sistem vasitəsilə əhaliyə xidmət göstərəcək. İki-üç aylıq sınaq dövründən sonra tam elektrona keçiriləcək. Boşluqlar aradan qaldırıldıqdan sonra sistem tam elektron fəaliyyət göstərəcək".

---------

17:11

Azərbaycanda yeni, təkmilləşdirilmiş pensiya sisteminin tətbiq olunmasını nəzərdə tutan sənəd hazırlanır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev xarici diplomatlarla ölkədə sosial islahatlara həsr olunmuş görüş zamanı deyib.

Nazir bildirib ki, sənəd sosial təminat sahəsində islahatlar çərçivəsində hazırlanır və 30 illik müddəti əhatə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.