Ölkə

Şamaxıda ər arvadını qohumu ilə yataqda tutdu, ağzından güllələdi

26 Mart 2019 13:19
19 Şərh     Baxış: 12 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərvadını və qohumu güllələyən şəxsin məhkəməsi başlayır.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, arvadını və qohumunu güllələməkdə şübhəli bilinən Şamaxı rayon sakini İbrahimov Əmrah İbrahim oğlunun məkhəmə prosesi aprel ayının 3-də hakim Etibar Hümbətovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Şamaxı rayonunun Pirbəhli kəndində baş verib. Kənd sakini İbrahimov Əmrah İbrahim oğlu evə gələn zaman həyat yoldaşını qohumu ilə birlikdə tutub. O, daha sonra ov tüfəngi ilə arvadı, 1982-ci il təvəllüdlü İbrahimova Mixək Xanulduz qızını qarın nahiyəsindən, qohumu, Quba rayon Xaltan kənd sakini, 1991-ci il təvəllüdlü Mövlamov Şirinbala Səftər oğlunu isə ağzından vurub.

Hər iki şəxs ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən Şirinbala Mövlamov yolda dünyasını dəyişib.

M.İbrahimova isə xəstəxananın cərrahiyyə şöbəsi yerləşdirilib. 

Qanlı hadisəni törətməkdə şübhəli bilinən  Əmrah İbrahimov polis şöbəsinə gələrək, könüllü təslim olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.