Ölkə

Bakı-Ələt yolunda qəza - 2 nəfər öldü

25 Mart 2019 13:45
1 Şərh     Baxış: 1 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bayramın 5-ci günü yol qəzası nəticəsində 2 nəfər ölüb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, martın 24-dən 25-nə keçən gecə Bakı-Ələt avtomobil yolunda qəza baş verib.

Maşında olan 3 nəfərdən biri hadisə yerində ölüb, yaralılardan biri Klinik Tibbi Mərkəzə gətirilib, digərinə tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Səhər saatlarında isə Bakı-Sumqayıt yolunda baş vermiş qəzada bir nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. Abubəkirov deyib ki, yaralılardan biri xəstəxanaya aparılarkən yolda keçinib, digərlərinin vəziyyəti ağırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.