Ölkə

Bayramda cənub bölgəsində süfrəni bu təamsız təsəvvür etmək olmaz - VİDEO

23 Mart 2019 17:36
1 Şərh     Baxış: 2 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ləvəngi deyəndə, ilk ağıla gələn cənub bölgəsi olur. Xüsusən də bayramlarda cənub bölgəsində açılan süfrələrin başlıca təamı elə ləvəngidir. Təndirdə bişən ləvənginin isə dadı tamam başqadır.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, cənub mətbəxinin zəngin olması heç kəsə sirr deyil. 

Novruz bayramında lənkəranlıların süfrəsini ləvəngisiz təsəvvür etmək olmaz. Ləvəngi sözünün ilkin mənası "içi doldurulmuş" deməkdir. Ləvəngi əsasən qoz, soğan və alça turşusundan ibarət qiymədir. Bu içliyə zövqə görə duz, istiot, sumax, hətta şəkər tozu vuranlar da var. Lənkəranda demək olar ki, hər evdə toyuq və ya balıq ləvəngisini bişirməyi bacarırlar. 

Ləvənginin daha dadlı hazırlanma qaydasını bilən Fəridə xanım mətbəx sirrini bizimlə bölüşüb.

Burada digər vacib məsələ ləvənginin duzunun az olmasıdır. Çünki, toyuğa və balığa əvvəlcədən vurulan duz-turşu ətə tam hopsun deyə 2-3 saat saxlandıqdan sonra ləvəngiyə keçərək onun dadını bir az da şor edə bilər.

Təndirdə bişən toyuğun hazır vəziyyətə gəlməsi yarım saat çəkir. Balıq ləvəngisini təndirdə bişirmək üçün isə xüsusi dəmir torlardan istifadə olunur. Hazır olduqdan sonra ətri dörd bir yana yayılan Lənkəran ləvəngisini plovla və ya təndir çörəyi ilə yemək daha ləzzətli olur.

Videonu izləmək üçün şəklə klikləyin:
Bayramda cənub bölgəsində süfrəni bu təamsız təsəvvür etmək olmaz

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.