Ölkə

Bakı-Ələt yolunda "Mercedes" aşdı, bir ailənin 4 üzvü xəsarət aldı - VİDEO

23 Mart 2019 13:49
0 Şərh     Baxış: 1 581

"Bu gün səhər Bakı-Ələt yolunda qəza baş verib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə yolun Qaradağ rayon Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və torpaq yolda sürəti yığa bilməyən sürücü maşını aşırıb.

Qəzada xəsarət alanlar təcili tibbi yardım briqadasının köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, xəsarət alanlar bir ailənin üzvüdür. Onlardan 3-ü müayinə olunaraq evə buraxılıb, 1954-cü il təvəllüdlü Həsənova Rəvşəndə isə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ortadır.

Xəsarət alanların hamısı Ağcabədi rayon sakinidir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakı-Ələt yolunda

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.