Ölkə

DİQQƏT! Bakıda bu yolda hərəkət məhdudlaşdırılıb

23 Mart 2019 13:09
0 Şərh     Baxış: 2 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləcəridə yollardan birində hərəkət məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 23-ü səhər saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Məhdudlaşma sabah gün ərzində aradan qaldırılacaq.

Nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.