Ölkə

Bakıda ev yanıb: meyit aşkarlanıb

23 Mart 2019 09:19
0 Şərh     Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xətai rayonunda ev yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 107 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 54 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Abbasov Əli Bayram oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.