Ölkə

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib

20 Mart 2019 09:14
0 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabinetinin qərarı ilə "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nda dəyişikliklər edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq qərara əsasən bir sıra ixtisasların adı dəyişdirilib: "Terapiya" "Daxili xəstəliklər" sözləri ilə, "Allerqologiya" "Allerqologiya və immunologiya", "Mikrobiologiya" "Tibbi mikrobiologiya" və "Genetika" sözü "Tibbi genetika" sözləri ilə əvəz edilib.

Bundan başqa, ixtisasların sayı artırılıb, tədris müddəti müəyyən olunub. Belə ki, "Ailə təbabəti" ixtisası 2 il, "Endodontiya", "Parodontologiya", "Restorativ stomatologiya", "Ortopedik stomatologiya", "Uşaq stomatologiyası", "Ortodontiya", "Uşaq və yeniyetmə psixiatriyası" 3 il, "Nüvə təbabəti", "Neonatologiya", "Uşaq endokrinologiyası", "Uşaq kardiologiyası", "Uşaq nefrologiyası", "Uşaq nevrologiyası", "Uşaq qastroenterologiyası", "Uşaq yoluxucu xəstəlikləri" 4 il, "Uşaq urologiyası", "Uşaq ürək-damar cərrahiyyəsi" ixtisası isə 5 il müddətinə tədris olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.