Ölkə

DTX KİV nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edir

19 Mart 2019 16:47
0 Şərh     Baxış: 1 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edib.

Milli.Az bildirir ki, Trend-ə daxil olan təbrik məktubunda qeyd olunur:

"Hörmətli Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri! Əziz dostlar! Sizi xalqımızın milli-mənəvi dəyərlərindən və qədim tarixi-mədəni irsinin zənginliklərindən qaynaqlanan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq!

Əsrlər boyu insanlara bahar müjdəsi, xoş ovqat, xeyirxahlıq, sülh və firavanlıq gətirən Novruz bayramı həmişə xoşbəxt gələcəyə ümid, yüksək amallar və saf niyyətlər təcəssümü kimi qarşılanmışdır.

Bu əziz bayramda hər birinizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz sevinc və bol ruzi-bərəkət diləyir, Ümummilli Lider Heydər Əliyevin ülvi azərbaycançılıq ideallarını uğurla həyata keçirən möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın dövlətçilik maraqları, təhlükəsizliyinin etibarlı təmin olunması və ölkəmizin daha da qüdrətlənməsi naminə səmərəli işbirliyi, əsl vətəndaşlıq mövqeyi və böyük yaradıcılıq nailiyyətləri arzulayırıq!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.