Ölkə

Bakı gecəsi “qan çanağı”na döndü: 3 bıçaqlanma

19 Mart 2019 09:37
0 Şərh     Baxış: 2 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saatlarında paytaxtın Nəsimi rayonu, Xətai küçəsi 10-da bıçaqlanma hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,1967-ci il təvəllüdlü Fərəcov Mayıl Çingiz oğlu şəxsiyyəti hələlik məlum olmayan qohumu tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb. Ona sağ kürək nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti qənaətbəxşdir.

Analoji hadisə paytaxtın Biləcəri qəsəbəsi Asəf Zeynallı 2 ünvanında baş verib.

1995-ci il təvəllüdlü Mirbalazadə Mirağa Mirbala oğlu şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Təcili 1 saylı Şəhər Klinik Mərkəzə yerləşdirilib. Ona, döş qəfəsinin deşilmiş kəsilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırkı vəziyyəti orta ağırdır.

Gecənin üçüncü bıçaqlanma hadisəsi isə Müşfiq qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Ağayev Rəşid Fərman oğlu şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. O, 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb.

Qeyd edək ki, Ağayev Rəşid taksi sürücüsü kimi fəaliyyət göstərir. Onu bıçaqlayan şəxs də sərnişini olub.

Hər üç hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. 

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.