Ölkə

Dunya Kubokunda gənc tamaşaçı: "Gimnastların yarışını izləmək çox maraqlıdır"

16 Mart 2019 14:10
Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda gimnastların çıxışlarını izlədikcə mən də mürəkkəb hərəkətləri etməyi öyrənmək istəyirəm.

Milli.Az xəbər verir ki, bunu Trend-ə yarışları izləyən gənc tamaşaçı Nazənin Teymurova deyib.

Tamaşaçı bildirib: "İdman gimnastikası ilə məşğul olmaq mənim arzum olub, məşqlərə getməyi sevirəm. Beynəlxalq yarışlarda iştirak etmək və gələcəkdə Olimpiya çempionu olmağı arzu edirəm".

N.Teymurovanın sözlərinə görə, yarışlarda Azərbaycan gimnastlarına azarkeşlik edir: "Yarışları izləməyi çox sevirəm, bura Azərbaycan gimnastlarına azarkeşlik etmək üçün gəlmişəm. Onların necə çıxış etmələrini izləmək maraqlıdır, mən də onlar kimi mürəkkəb idman hərəkətləri etməyi öyrənmək istəyirəm".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.