Ölkə

"Qızımla danışdığım yerdə Aysel telefonu əlindən aldı, səsi kəsildi" - FOTO

16 Mart 2019 13:21
3 Şərh     Baxış: 2 702

13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə tərəfindən əlindən alındığını iddia edən Turanə Nəcəfova daha bir iddialı açıqlaması ilə "Səni axtarıram" tamaşaçılarını məəttəl qoyub.

Milli.Az xəbər verir ki, Turanə 2017-ci ildə məhkəmə qətnaməsindəki "İki azyaşlı qızlar anasında qalsın" qərarından sonra Elçinin böyük qızı Zeynəbi ondan uzaq saldığını deyib:

"Qızım Zeynəbi özü ilə Gürcüstana apardı. Yanvarın 6-sı gəldi. Dedim "qızım hanı?" dedi ki, "Zeynəb yoxdur, daha gəlməyəcək. Səni istəmir. Balaca qız Mədinəni də götür get. Sən özün də bilirsən ki, mənim başqa sevdiyim qadın var. Mən artıq səni istəmirəm, evdən çıx. Bilmirsən ki, mənim sevdiyim var?! Sənə deyirəm çıx, durub üzümə baxırsan. Sənə daha necə deyim çıx evdən?! Dedim "Sən çıx, mən övladlarımı böyüdüm. Hanı övladım, hara aparmısan?" "Atam gildədi" dedi. Atasına zəng etdim, "Bizə gəlməyib" cavabını verdi. Sonra qardaşı Şahingilə zəng etdim, onlar da Zeynəbin orada olmadığını dedilər.

Qızımın telefonuna yığıram, görürəm "zanit" gedir. Axırda gördüm uşaq götürdü, ağlaya-ağlaya qızımın səsi gəlir. "Mama, mama" ağlayır. Soruşdum "Qızım hardasan sən, mənə cavab ver", səs kəsildi, telefon əlindən alındı. Telefonu əlindən yanındakı Aysel xanım aldı. Bu söhbət evdə gedə-gedə yoldaşıma tez-tez zəng gəlirdi ki, "uşaq ağlayır, uşaq ağlayır". Yoldaşım da ona deyirdi "Sən onu başa sal". Gördüm sonra dedi "Ver telefonu uşağa". Telefon əlində keçdi o biri otağa, başladı onunla nəsə danışmağa. Uşaq səsin kəsdi". 

Məhəmməd Vaqif
Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Afa · 16 Mart 13:34131

    Allah ev dagidanin cezasini versin.Xosgedem xanim Sefige xanim cox xahis edirem ver bu ev dagidanin ve o yetim Elcinin cavabini size güvenirik. Utanmir bir ele bil goz atasi evinden getirib usagi deyir götür cix evden daha seni sevmirem. Guya Aysel seni sevir? Görüm senin pulun olmasaydi Aysel senin üzüne baxtamidi

    Cavab yaz
  • Anonim
    Gunew · 16 Mart 16:3730

    Utanmire Aysel , aile daqitdi amma bilki aile daqidanin ailesi olmur

    Cavab yaz
  • Anonim
    İlayda · 17 Mart 20:0220

    Ev dağdanın,evi olmaaz.yazığ qadın uşaglarıni boyutmeye çalışir.erinin eline pul keçdi arvadini beyenmir .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.