Ölkə

İstehsalından bir gün əvvəl satışa çıxarılan yumurtalarla bağlı AÇIQLAMA

16 Mart 2019 13:10
0 Şərh     Baxış: 2 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"OBA" marketlər şəbəkəsi üzərindəki istehsal tarixindən bir gün əvvəl satışa çıxarılmış yumurtalarla bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev oxu.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yumurta ilə bağlı yayılan foto araşdırılıb:

"Muğan quşçuluq fabrikinə məxsus yumurtalar marketlərimizə gündəlik gətirilir. Foto paylaşılan günü Yasamal rayonunda yerləşən bütün marketlərə əməkdaşlarımız tərəfindən baxış keçirildi. Bütün yumurta qutuları və üzərindəki tarix yoxlanıldı. Lakin qeyd olunan halla qarşılaşmadıq.

Müştəri ilə əlaqə saxladıq və müştərini marketə dəvət etdik. Müştəri aldığı bütün yumurtaları gətirdi. Lakin alınan yumurta kasetinin içində cəmi iki ədəd həmin tarixli yumurta aşkarlandı".

"Düşünürük ki, bu, çap xətasıdır və bu problem istehsal prosesində çalışan personalın diqqətsizliyindən qaynaqlanır", - Elvin Babayev bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.