Ölkə

Bakıda narkotik satan Qazaxıstan vətəndaşı saxlanılıb - FOTO

16 Mart 2019 15:22
0 Şərh     Baxış: 384

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan Qazaxıstan vətəndaşı saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsindn əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Qazaxıstan Respublikasının vətəndaşı əvvəllər məhkum olunmuş Sahil Həsənov narkotik vasitə olan 0,510 qram heroini satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada olan 11,706 qram heroin, 5,239 qram tiryək, 10,119 qram metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovun paytaxtın Xətai rayonunda kirayədə yaşadığı mənzilə də baxış keçirilib. Oradan isə əlavə olaraq 503,292 qram narkotik vasitə - heroin və 49,881 qram metamfetamin aşkar edilib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.