Ölkə

Rövşən Əsgərov: "Rusiya pasportum var, ancaq Ermənistana buraxmazlar"

15 Mart 2019 20:59
4 Şərh     Baxış: 1 059

"Kim?, Nə? Harada?" klubunun əfsanəvi üzvü, oyunun "Birinci kanal"da (Rusiya) yayımlanan televiziya versiyasında 20 il iştirak etmiş azərbaycanlı zəka, "Baku" adlı Moskva jurnalının ictimai əlaqələr üzrə direktoru Rövşən Əsgərov "Sports.ru" saytına müsahibə verib.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, o, müsahibədə "Sport-Ekspress" jurnalının redaksiyasında işlədiyi müddətdə (2001-2007) ən qeyri-adi səfəri ilə bağlı xatirələrini bölüşüb.

"Ən çox xoşuma gələn əhvalatdır. Xizək çempionatı üçün İtaliyaya səfər edirdik, Moskvadan çıxan təyyarə ilə Ermənistan yığması da uçurdu. Təyyarə İtaliyada eniş etdi, düşdük, bizi Alp dağlarında yerləşən hotelə aparmalı idilər. 

Yükümüzü artıq almışdıq, ancaq ayaq üstdə gözləyirdik. Soruşuram: "Niyə getmirik?", "Ermənistan yığmasının problemləri çıxıb" deyə cavab verdilər. Nəqliyyat vasitəsi isə bizdə ümumi idi.

Əməkdaşlara yaxınlaşıb, məsələni aydınlaşdırmağa çalışdım. Məlum oldu ki, baqajın bir hissəsini itiriblər. Başqa bir problem italyanların erməni, ermənilərin isə italyan dilində danışa bilməməsi idi.

Ermənistan tərəfi ingiliscə bir kəlmə anlamır, ancaq almanca danışırlar. Onlar demək istədiklərini tərcümə edə biləcək birini gözləyirlər. Düşünürəm: "Hər halda onlar rusca danışa bilirlər, mən isə ingiliscə".

Mənim vasitəçiliyimlə razılığa gəldilər, məsələ həllini tapdı. Onlara söz verdilər ki, bütün yükləri çatdıracaqlar. Rusiya yığmasının avtobusuna əyləşmişdim ki, bir italiyalı yaxınlaşdı. "Siz ermənilərin olduğu avtobusda gedə bilərsiniz? Sizdən başqa heç kim erməni dilində danışa bilmir?"

Mən bunu normal qəbul etdim. Siz stereotiplərlə yaşayırsınız. Milli hekayələr o qədər də ağıllı olmayan insanlar üçün spekulyasiyadır", - deyə Əsgərov xatırlayıb.

O bildirib ki, sonuncu dəfə Ermənistanda 1981-ci ilin yayında olub.

"Həmin dönəmlərdə vahid bir ölkədə yaşayırdıq, indi isə ora gedə bilmərəm. Ona görə ki, müəyyən şərtiliklər var. Millətimdən ayrı yaşaya bilərəm, ancaq dəlisov qaydalar əsasında mövcud olan bir aləmdəyəm.

Deyirlər ki, iki ölkə arasında münaqişə var. Məni Ermənistana indi buraxmayacaqlar. Belə ki, erməni soyadlı Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması halları olub.

Bəli, mənim Rusiya pasportum var. Olanım budur. Mən Rusiya vətəndaşıyam. Ancaq mən media fiquruyam, insanlar mənim harada doğulduğumu bilirlər, mənim təhlükəsizliyimə heç bir zəmanət olmayacaq.

1988-ci ildən Ermənistanla Azərbaycan arasında müharibə gedir. Müharibə Azərbaycan ərazisində gedir. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. İki ölkə arasında qarşıdurma var. Bu, bir növ SSRİ vətəndaşının 1943-cü ildə Almaniyaya səfər etməsinə bənzəyir. 

Suriyaya nə üçün getmirəmsə, Ermənistana da ona görə getmirəm. Problemsiz şəkildə geri qayıdacağıma əmin olduğum istənilən ölkəyə rahat şəkildə gedirəm. Ermənistan məsələsində belə əminlik yoxdur.

Mənim ermənilərə qarşı nifrətim yoxdur. Xalqa necə nifrət etmək olar? Nəyə görə? Mənim fikrimdə düşmən, şəxsən mənə pislik etmiş adamdır. Mənim dostlarıma, qohumlarıma. Bu formula ilə götürsəm, azərbaycanlılar arasında düşmənim daha çoxdur. Ancaq mən dostu-düşməni milli mənsubiyyət əsasında ayırmıram. Bu, bir növ sənin ölkəndən olduğuna görə hansısa komandaya azarkeşlik etməyə bənzəyir.

Mənim oğlum nə vaxtsa Qarabağın Ermənistan ərazisi olduğunu söyləyə bilər? Xeyr. Nə üçün bunu desin axı? Biz istənilən ərazini başqa bir dövlətin ərazisi elan edə bilərik. Ancaq Qarabağ de-yuri Azərbaycan ərazisidir. BMT-nin bununla bağlı başqa qərarı qəbul olunmayana qədər bu bir fakt olaraq qalacaq".

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    S.Baki · 15 Mart 21:3220

    Shexsiyyetsiz...”Zeka”olmaqla deyile...Utanmir ,Axirinci cumleye bax...Meymun BMT qanunu gozleyir...Chox gozleyersen..

    Cavab yaz
  • Anonim
    elmeddin · 15 Mart 22:4520

    bele "qeniy"ler esqerliye qedmirler. avtomati qucaqliyanda bileceksen ki, ikinci dunya muharibesi nedir dusmen kimdir.amma azerbaycan coreyinide bulkasinida suyunuda yadiva salsan pis olmaz.

    Cavab yaz
  • Anonim
    Şərhci · 15 Mart 23:4420

    Ayib olsun senin kimi varıiqlara lap gözumden düsdün. nece yeni ermeniye nifret etmeyin ucun senin yaxin qohumlarin gerek ölsun zorlansin esir düşsün?Bes xalqimiza milletimize qadin qizlarimiza korpelere edilen ermeni zulmu zulm deyil?menim de qohumum ölmeyib ermeni elinde amma butun varligimla ermenilerin usagindan tutmuş boyuyune nifret edrem ölrne kimi de onlarin mehvi ücün dua edecem.Cunki o ermeni vehşileri xalqimi dogma yurdunu dagidib atalarin gözu qarşısında arvadini qizini ana bacisini zorlayib sonra vehşicesine öldürüb.Get ermeni esiri olmuş 1.2 adami danişdir gorum ondan sonra da ermenileri bele seveceksenmi

    Cavab yaz
  • Anonim
    ..... · 16 Mart 01:3110

    Çox deməyəcəm. zori balayanın dediklərini oxumusan? Bir də oxumağa məsləhət görürəm. Azərbaycanlı uşaqların dərilərini soymaqdan (və digər vəhşiliklərdə şəxsən iştirak etməkdən) necə LƏZZƏT alırmış..Bu .@@. ermənilərin hazırki RƏSMİ "ziyalı qəhrəmanlarından biridir"..(!!!!!) Hazırda getmək istədiyin FAŞİST ermənistanda sözlə deyilə bilməz işğəncələr altında minlərlə Azərbaycanlı kişi, qadın,qoca, uşaq (artıq 30 il ərzində ya böyümüş ya dünyalarını dəyişmiş) bütün beynəlxalq qanunlarına zidd olaraq saxlanılırlar, qul, əyləncə, heyvan, donor, zorakılıq qurbanları kimi "istifadə olunurlar". Səbəb - onların Azərbaycanlı olmasıdır. Ola bilsin ki məs kömək elədiyin ermənilərin birinin (ya onun yaxının) evində Azərbaycanlı əsir dözülməz əzablar çəkir..Ermənilər (və görünür, reaksiya verməyən dünya ictimayyəti) bunlara NORMAL BİR ŞEY kimı baxırlar. Heç bir erməni cinayətkarı cəzasını almayıb!..torpaqlarımız İŞĞALDAN azad olunmayıb! Çox demirəm, ümidvaram ki səhvini başa düşəcəksən..nə qədər tez o qədər yaxşı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.