Ölkə

Mingəçevirdə 5-ci mərtəbədən yıxılan qızdan xəbər var - Suallara cavab verir

15 Mart 2019 20:24
0 Şərh     Baxış: 1 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir qədər əvvəl Bakı şəhər 1 saylı hospitalın baş həkimi Ədalət həkim Dadaşova zəng edib Mingəçevirdə beşinci mərtəbənin balkonundan yıxılan və hospitalda müalicə olunan Səbinə Qarayevanın vəziyyətini soruşdum".

Milli.Az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Səbinənin səhhətində müsbət dəyişikliklər var: "Həkim bildirdi ki, xəstənin huşu günü-gündən daha aydın olur, gözlərin açıb, suallara aydın cavab verir.

Xəstənin müalicəsinin gedişatında müsbət dinamika var".

Xatırladaq ki, Mingəçevir rayonu, Aydın Məmmədov küçəsi 9 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Səbinə Qarayeva yaşadığı beşmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq sağ qalmışdı. Gənc qızın yaxın vaxtlarda toyu olacaqdı.

Martın 12-nə keçən gecə xüsusi Təcili Tibbi Yardım maşını ilə Bakıya yola salınan 18 yaşlı Qarayeva Səbinə Firdovsi qızı saat 21:30-da 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun xəsarətləri açıq kəllə-beyin travmasıdır, vəziyyəti isə ağır olaraq qalır.

Zərif Nisə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.