Ölkə

Deputatdan TƏKLİF: Siniflərdə şagirdlərin sayı 15-dən artıq olmasın

15 Mart 2019 18:59
6 Şərh     Baxış: 1 384

"Təhsil sahəsində aparılan islahatlarda bəzi məqamların nəzərə alınması da fikrimizcə faydalı olardı".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

F.Ağamalının fikrincə, dərs yükünün 18 saatdan 12 saata endirilməsi, siniflərdə şagirdlərin sayının 15 nəfərdən artıq olmaması təhsilin keyfiyyətinə əhəmiyyətli təsir göstərərdi.

Deputat həmçinin elmin inkişafı ilə bağlı təklif irəli sürüb. F.Ağamalı bildirib ki, inkişaf etmiş ölkələrdə ÜDM-in 3-5%-i elmə yönəldilir:

"Bizdə bu 0,2%-dir. Ölkədə Milli Elmlər Akademiyasının bazası saxlanılmaqla ciddi struktur islahatları aparmalı, elmlə təhsilin konselidasiyasını həyata keçirməliyik".

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    777 · 15 Mart 19:0870

    Axir ki xeyirli söz esitdik

    Cavab yaz
  • Anonim
    Muro · 15 Mart 19:3640

    Onsuzda 15 nəfərlik sinifdə 25 nəfər oturur

    Cavab yaz
  • Anonim
    Çiçek · 15 Mart 20:2940

    Hele bizde komplekt SINIFLER VAR.muellimler zulm cekir, usaqlar da hemcinin.ibtidai sinfin komplekt olmasini acilmamis goncenin vaxtsiz şaxta aparmagina benzedirem.tehsilin keyfiyyeti de yaxsi olmur.

    Cavab yaz
  • Anonim
    müəllim · 15 Mart 21:4310

    şükür allaha ki bizim dərdimizi başa düşən oldu bir neçə gün əvvəl də rəy bildirmişdim ki müəllimlərin dioqnastik qiymətləndirməsindən sonra bizə gün ağlamadılar əksinə dərs yükünü 12saatdan 18saata artırdılar elə o 6saat hesabına da guya maaş artdı necə deyərlər bığdan alıb saqqala yaxdılar qaldı ki uşaq sayına bəli uşaq çox olanda keyfiyyət də zəif olur 1var sinifdə 30uşaqla işdiyəsən 1 də var 15uşaqla əlbəttə az uşaqla işləmək asan olar çox sağ ol Fəzail müəllim bəyənilsin bu təkliflər gələn tədris ilində şad xəbəri gözləyirik

    Cavab yaz
  • Anonim
    talış · 15 Mart 22:4610

    Fezail Ağamalı biz müellimlərin ən böyük problemlerinə toxunub .Sizi alqışlayıram.İnşallah teklifiniz beyenilər.Cox sağolun.

    Cavab yaz
    • Anonim
      Elsevər · 16 Mart 10:3500

      Axır ki təhsiĺlə maraqlanan oldu. Qəbul olunsa xalqın xeyrinədir. Millətin gələcəyi üçün çox faydalı qərar olacaq.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.