Ölkə

Valideynlərdən “Azərişıq”ın abonent kodunun tələb edilmə səbəbi açıqlandı

15 Mart 2019 18:39
2 Şərh     Baxış: 1 343

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə valideynlərdən "Azərişıq" ASC-nin abonent kodunun hansı səbəbdən tələb edildiyini açıqlayıb.

Milli.Az bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, ünvan dəqiqləşməsi üçün yeni imkan ümumi təhsil məktəblərinin müəyyən edilmiş ərazisində daimi qeydiyyatı olmadan yaşayan valideynlərə həmin ərazidə daimi yaşadığını təsdiq etmək üçün yaradılıb və əvvəlki illərdə də tətbiq olunub. Ümumi təhsil məktəblərinin müəyyən edilmiş ərazisində yaşayan valideynin daimi qeydiyyatı yoxdursa, valideyn həmin ərazidə daimi yaşadığını təsdiq edən məlumat kimi "Azərişıq" ASC-nin abonent kodunu sistemə daxil edə bilər.

İdarədən qeyd edilib ki, əgər valideyn prioritetlər əsasında şagird qəbulu aparılan məktəb seçərsə, sistem qeyd edilən prioritetlərdən birini təklif edir:

"Yəni daimi qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, "Azərişıq" ASC-nin abonent kodu əsasında həmin ərazidə daimi yaşadığını təsdiq edən, digər övladı həmin məktəbdə təhsil alan və ya hər hansı biri həmin məktəbdə işləyən valideynlər övladlarını rahatlıqla qeydiyyatdan keçirə bilərlər. Birinci sinfə şagird qəbulu üçün ərizələrin qeydiyyatının elektron sistem vasitəsilə həyata keçirilməsi prosesində şəffaflığı və çevikliyi təmin etmək məqsədilə mektebeqebul.edu.az sistemi ilə digər müvafiq dövlət elektron məlumat-informasiya sistemləri arasında inteqrasiya yaradılıb. Həmin məlumat-informasiya bazalarındakı müvafiq məlumatlar yerli İcra hakimiyyəti orqanları tərəfindən məktəblər üzrə müəyyən edilmiş əraziyə uyğun olaraq sistemə daxil edilib".

Milli.Az 

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Dilek · 15 Mart 20:1000

    Mennende teleb olundu ve sonra geldiki sorgunuz qebul olundu,yeqinki usaq qebul oldu mektebe

    Cavab yaz
    • Anonim
      Teselli · 15 Mart 21:5100

      Yox hele.sorgu qebul olunur.sonra cavab gelirki usaq qebul olunur ya yox.hemde ancag rus sektoruna helir sorgu .azsektorda yoxdu bele sey .

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.