Ölkə

Millət vəkili: "Yüz milyonlar niyə hansısa məmurun “qara sandığını” doldurmalıdır?"

15 Mart 2019 14:38
2 Şərh     Baxış: 1 652

Mən yenidən Bakıda köhnə və yeni yaşayış məntəqələri ilə bağlı məsələni dilə gətirmək istəyirəm. İnsanlar həmin yaşayış məntəqələrində 20-30 ildir yaşayırlar. Onlar bütün kommunal xərcləri ödəyirlər. Ancaq onlar orada nə qeydiyyata düşə bilir, nə qanuni şəkildə vergi ödəyirlər. Əslində, onların ödədikləri də hansısa məmurların cibinə gedir".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu parlamentdə hökumətin hesabatında çıxışı zamanı millət vəkili Elmira Axundova deyib.

Millət vəkili hesab edir ki, artıq bu məsələ tam şəkildə öz həllini tapmalıdır. 

"Axı bu pullar niyə büdcədən kənarda qalıb hansısa məmurun "qara sandığını" doldursun? Bu pullar az vəsait deyil, ilə 300-500 milyon aralığında pul edir", - millət vəkili əlavə edib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Sevda · 15 Mart 16:1310

    Təzə tikililərdə kommunal haqqı çox hahadır bunu gündəmə gətirmək lazımdır

    Cavab yaz
  • Anonim
    Zamin · 16 Mart 04:2000

    Boyyy

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.