Ölkə

Azərbaycanda əlil tələbələrin təhsil haqqından azad edilməsi təklifi edilir

15 Mart 2019 13:53
0 Şərh     Baxış: 1 019

Azərbaycanda əlil tələbələrin təhsil haqqından azad edilməsi təklifi edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Deputat bildirib ki, Azərbaycanda əlil tələbələrin sayı çox deyil və onların təhsil haqqından hansısa formada azad olunması bu kateqoriyadan olan şəxslərin tam şəkildə təhsil almasına imkan yarada bilər:

"Bu cür tələbələrin sağlamlığının qayğısına qalmağa ehtiyacları var. Bu baxımdan onlar müraciət edərək təhsil haqqından azad edilmələrini xahiş edirlər. Bunun bir hissəsini universitetlər, bir hissəsini Təhsil Nazirliyi, bir hissəsini isə azad iqtisadiyyatla məşğul olanlar öz üzərinə götürsələr, onların tam şəkildə təhsil almasına imkan yaranar".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.