Ölkə

Bakı-Astara-İran dəmir yolu ikixətli olacaq

15 Mart 2019 13:21
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" QSC Dünya Bankından Bakı-Astara-İran dövlət sərhədi dəmir yolunun bir hissəsinin rekonstruksiyası üçün kreditin alınması imkanını nəzərdən keçirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, rekonstruksiya işləri üçün vəsaitin bir hissəsini dövlət büdcəsindən ayırmaq planlaşdırılır: "Ümumilikdə rekonstruksiya yolun 243 kilometrlik hissəsini əhatə edəcək. Bu işlər nəticəsində dəmir yolu genişlənərək ikixətli olacaq".

C.Qurbanov əlavə edib ki, Lənkəran rayonu ərazisində Bakı-Astara dəmir yolunun yeni sahəsinin layihələndirilməsi ilə bağlı xarici şirkətlərlə iş aparılır. Layihələndirmə 2019-cu ilin sonunadək başa çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.