Ölkə

Dövlət Miqrasiya Xidmətinin rəisi uşaqlara qan verdi - FOTO

15 Mart 2019 14:19
0 Şərh     Baxış: 2 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Miqrasiya Xidmətinin (DMX) mərkəzi aparatında Xidmətin yaradılmasının 12-ci il dönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində qanvermə aksiyası keçirilib.

DMX-dan Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq təşkil edilən qanvermə aksiyasında Dövlət Miqrasiya Xidmətinin 170 əməkdaşı iştirak edib.

Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi talassemiya və digər irsi qan xəstəliyindən əziyyət çəkən insanlara, xüsusən, uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Qeyd edək ki, Bahadur Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

Qeyd edək ki, qan verənlər arasında DMX-nın rəisi Vüsal Hüseynov da olub.

Zərif Nisə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.