Ölkə

İsmayıllıda "Jiquli"lərə qənim kəsilənlər tutuldular - FOTO

15 Mart 2019 15:09
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 14-də İsmayıllı  Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən 3 nəfər rayon sakini onlara məxsus "VAZ 2106" markalı avtomobillərdən akkumulyatorların oğurlanması barədə məlumat veriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə,  daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Asim Məmmədov saxlanılıb.

O, oğurladığı akkumulyatorları rayon ərazisində onların alqı-satqısı ilə məşğul olan yerlərə satıb. Oğurlanmış akkumulyatorlar həmin yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.