Ölkə

Afətin mahnısını oxuduqları üçün işdən qovulan tibb işçiləri ilə bağlı AÇIQLAMA

15 Mart 2019 11:00
8 Şərh     Baxış: 3 607

Səhiyyə Nazirliyi Şəki Mərkəzi Rayon Xəstəxanasının beş əməkdaşının işdən çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirib. 

Milli.Az xəbər verir ki, qurumdan oxu.az-a verilən açıqlamada bildirilib ki, onlar işdən müğənni Afət Fərmanqızının mahnısını ifa etdiyi üçün çıxarılmayıblar. 

"Bu hadisə Şəki Mərkəzi Rayon Xəstəxanasında baş həkimlə işçilər arasında yaşanan məsələdir. Əgər işçilər hüquqlarının pozulduğunu düşünürsə, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər".

Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elçin Əmirov da yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Baş həkim saytımıza açıqlamasında işçilərin ayın 6-da öz ərizələri ilə işdən ayrıldıqlarını deyib:

"Onlar ayın 5-i bu videonu iş saatında cərrahi blokda çəkiblər. Videogörüntüləri özünüz də izləmisiniz. Tibb işçilərinə yaraşan hərəkət deyil. Onları heç kim təhqir etməyib, heç kim təzyiq göstərməyib. Onlar həkim deyil, iki tibb bacısı, üç xadimə olub.

Onları otağa çağırıb məsələyə aydınlıq gətirmələrini istəmişəm. Bildirdim ki, iş saatlarında bu kimi davranışa yol vermək olmaz. Onlar da özləri ərizə yazıb işdən çıxdılar. İndi efirlərə yazırlar, hərəkətlərindən peşman olublar. Bu, sadəcə, məlum hadisəyə ictimai qınaqdır".

Baş həkim həmin işçilərin yenidən işə qaytarılması ehtimalının olub-olmamasına da aydınlıq gətirib. O bildirib ki, bu mümkün deyil

Məsələnin hüquqi tərəflərini saytımıza şərh edən hüquqşünas Günel Səfərova bildirib ki, əmək qanunvericiliyinə görə, məlum videoda heç bir huquq pozuntusu yoxdur:

"Əmək qanunvericiliyində işçinin könüllü şəkildə işdən çıxmasına dair maddə var. Bu maddə hazırda əksər iş yerlərində yaxşı şəkildə istifadə edilir. Çünki könüllü deyil, işə götürən tərəfindən işdən çıxarılan şəxsin məhkəməyə və aidiyyəti orqanlara müraciət etmək hüququ yaranır.

Hazırda onların məhkəməyə müraciət etmək hüququ və məsələni aydınlaşdırmaq haqları var. Ancaq burada bir məsələ var. Həkimlərin, eləcə də müəllimlərin xüsusi davranış, etik kodeksləri var. Videonun hansı məkanda çəkildiyini dəqiq bilmək olmur.

Arxada xəstələr yoxdur. Bu, sadəcə, əyləncə xarakterli video olub. Qanunla burada heç bir pozuntu yoxdur. Yaxşı olardı ki, insanların sağlamlığına ziyan vuran həkimlərə bu cür sərt cəzalar tətbiq edilsin, nəinki bu kimi hallara".

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    t.s · 15 Mart 11:0690

    ise qaytarilsin.cixardiblarki yerine kimise gotursunner .mani mani pul

    Cavab yaz
  • Anonim
    t.s · 15 Mart 11:09110

    o qeder imkanni sexislerin balalari is yerinde sekiller qoyur vidolar cekir.hec kim hecne demir.yapisiblar xadimeden.

    Cavab yaz
  • Anonim
    Aki2 · 15 Mart 11:2610

    Dene sene lazim idi bu

    Cavab yaz
  • Anonim
    Aki1 · 15 Mart 11:3023

    Haqq olub size ,size lazim idi afetin mahnisi afetden hec dahi şair Nesimi xeyir görmüyübdü

    Cavab yaz
  • Anonim
    Asya.m · 15 Mart 11:4940

    Vallah günahdır.məncə burda qəbahət yoxdur.o qeder görüləsi işlər var ki.heç qanun orda işləmir.qaytarsinlar xanımları işlərinə.

    Cavab yaz
  • Anonim
    Dik Söz! · 15 Mart 12:0830

    Əvvəla özləri üçün çəkdikləri video olub. Hətta əgər qanuna zidd nəisə olubsa da xəbərdarlıq və ya töhmət verməkdə olardı. 5 ailə ruzisiz qaldı ay baş həkim!

    Cavab yaz
    • Anonim
      kate · 15 Mart 14:2700

      Bayramqabağı baş həkim ən az6-7 min irəlidi.

      Cavab yaz
      • Anonim
        Əsranur · 15 Mart 14:5132

        Baş həkimi tanımırsınız.O nə pulgir,nə də Afətin qabağından qaçan oğul deyil.Çox priyatnı,əvvəldən görmüş adamdır.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.