Ölkə

Nikah öncəsi cütlüklərin psixoloji uyğunluğu yoxlanılmalıdırmı? - VİDEOSORĞU

14 Mart 2019 19:44
0 Şərh     Baxış: 510

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi evlənmək istəyən şəxslərin nikah öncəsi tibbi müayinəsi ilə yanaşı, psixoloji uyğunluğunun yoxlanılmasını da təklif edib.

Komitə sədri Hicran Hüseynovanın sözlərinə görə, şəxslər arasında daha çox düzgün seçimin edilməməsi, düşüncə və psixoloji fərqin mövcudluğu boşanma hallarına səbəb olur.

Buna görə də nikah öncəsi tibbi müayinə ilə yanaşı ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması olduqca vacibdir.

Milli.Az bildirir ki, məsələ ilə bağlı Oxu.az şəhər sakinləri arasında sorğu keçirib. Nikah öncəsi cütlüklərin psixoloji uyğunluğu yoxlanılmalıdırmı?

Videonu izləmək üçün şəklə klikləyin:
Nikah öncəsi cütlüklərin psixoloji uyğunluğu yoxlanılmalıdırmı?

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.