Ölkə

"Mən artıq tam əminəm ki, Cahangir mənim atamın ..." - Ayşən AÇIQLADI - VİDEO

14 Mart 2019 14:48
40 Şərh     Baxış: 12 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bura gəlib-getməkdən yoruldum. Məcburiyyət qarşısında təhsilimlə əlaqədar Türkiyəyə getməliyəm.

Milli.Az xəbər verir ki, bunu Hüseyn Dəryanın ilk nikahından olan övladı Ayşən "Bizimləsən"də deyib. O, Cahangirin doğma qardaşı olub-olmadığını öyrənmək üçün günlərdir telekanala ayaq döydüyünü bildirsə də, Sona xanımın DNT testindən yayınmasından təngə gəldiyini qeyd edib.

Ayşən Türkiyədə təhsilini dondurduğu üçün Bakıda daha çox qala bilməyəcəyini də sözlərinə əlavə edib. Lakin o, Cahangirin doğma qardaşı olub-olmadığını sübuta yetirmək üçün lazım gələcəksə Hüseyn Dəryanın məzarını açdıracaqlarını da vurğulayıb:

"Mən bura təzə gələndə əmin idim ki, o, mənim qardaşımdır. Sadəcə, sübut olunmağını istəyirdim. Amma artıq mənim beynimdəki suallara mən cavab tapıram. Mən indi Türkiyəyə gedəcəm. Amma bu, o demək deyil ki, bu mövzu sona çatdı. Yeri gəlsə, qəbir açılacaq. Amma bu mövzuya aydınlıq gətiriləcək. Ağlımda suallar var idi, amma mən indi tam əminəm. Hansı insana deyilsə ki, DNT istəyirik, özünə güvənən hansı insan gəlməz? Sona xanım bura gəlib desəydi ki, Cahangir Hüseyn Dəryanən mənəvi oğludur. Mən bunu çox gözəl qarşılayardım, bağrıma basardım. Sona xanım isə nə bunu edir, nə də DNT-yə gəlir. Mən artıq tam əminəm ki, Cahangir mənim atamın mənəvi oğlu, mənim də mənəvi qardaşımdır".

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.