Ölkə

Rövnəq Abdullayev: ""SOCAR karbamid" zavodu Azərbaycanda dayanıqlı inkişafına xidmət edir"

14 Mart 2019 12:33
Baxış: 501

Azərbaycanda "SOCAR karbamid" zavodunun istifadəyə verilməsi ölkənin dayanıqlı inkişafına xidmət edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Argus Mineral gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsalat və logistika" beynəlxalq konfransında deyib.

O bildirib ki, SOCAR ölkədə və regionda enerji layihələrini reallaşdırmaqdan əlavə, həm də Azərbaycanın qeyr-neft sektorunun inkişafını dəstəkləyir.

R.Abdullayev əlavə edib ki, bu addımlardan biri də Azərbaycanda karbamid zavodunun tikintisi olub:

"Zavodda istehsal olunan məhsulun bir hissəsi ixrac olunacaq, çünki zavodun istehsalat gücü karbamidə olan daxili tələbatı üstələyir".

Şirkətin fəaliyyəti barədə danışan R.Abdullayev qeyd edib ki, SOCAR artıq qlobal şirkətə çevrilib:

"Keçmişdə biz yalnız Azərbaycanda istehsal olunan məhsulu ixrac edirdik. İndi isə şirkətin ticarət portfelində xarici şirkətlərin məhsulları xüsusi yer tutur. Bu ticarət böyük gəlirlər gətirir. Beləliklə, şirkət mənfəətinin 90 faizini xarici bazarlarda əldə edib".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.