Ölkə

Avtomobili qəzaya uğrayan Elnur Məmmədli: "Məsələni böyütməyin"

14 Mart 2019 10:35
0 Şərh     Baxış: 3 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış cüdoçu, 2008-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədlinin idarə etdiyi avtomobil qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində baş verib.

"B 862 CA 73" qeydiyyat nişanlı "VAZ 21 08" markalı avtomobili adıçəkilən küçə ilə yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirərək Elnur Məmmədlinin idarə etdiyi "90 NT 555" dövlət qeydiyyat nişanlı "KİA Cadenza" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə ziyan dəyib.

Məsələ ilə bağlı E.Məmmədli ilə əlaqə saxlasaq da, idmançı Trend-ə məsələyə münasibət bildirmək istəmədiyini dedi: "Xahiş edirəm, məsələni böyütməyin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.