Ölkə

Bakıda 7 nəfərin zəhərləndiyi dönərxanadan GÖRÜNTÜLƏR - VİDEO - FOTO

14 Mart 2019 10:39
1 Şərh     Baxış: 3 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Milli.Az REAL-a istinadən xəbər verir ki, onların universitet tələbələri olduğu bildirilir. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, zəhərlənənlərdən ikisi Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüb.

Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hadisə ilə bağlı araşdırmalara başlayıb. 

Dönərdən zəhərlənən tələbələrdən 3-ü evə buraxılıb. Bu barədə qafqazinfo-ya məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova verib. Onun sözlərinə görə, digər 4 tələbə hələ də xəstəxanadadır: "2 tələbə Kliniki Tibbi Mərkəzdə, 2 tələbə isə yaşı az olduğundan Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasında müalicə olunur. Hazırda vəziyyətləri orta ağırdır, həyati təhlükə yoxdur".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda 7 nəfərin zəhərləndiyi dönərxanadan görüntülər

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.