Ölkə

Bakıda 7 tələbə dönərdən zəhərləndi - TƏCİLİ

13 Mart 2019 19:47
0 Şərh     Baxış: 2 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə  gətirilib.

Milli.Az bildirir ki, Virtualaz.org-a daxil olan məlumatda onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər.

Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.