Ölkə

Olimpiya çempionu: "Milli Gimnastika Arenası yarışın keçirilməsi üçün möhtəşəm yerdir"

13 Mart 2019 18:21
Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Martın 14-17-də Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda gərgin mübarizə olacaq".

Milli.Az xəbər verir ki, bunu Trend-ə 2012-ci il Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı, Niderland gimnastı Epke Zonderland deyib.

Gimnast bildirib ki, Bakıdakı yarış onun bu il ikinci yarışı olacaq:

"Mən bu Dünya Kubokuna kifayət qədər yaxşı hazırlaşmışam. Bu yarış nəticəsində Olimpiya Oyunlarına vəsiqə qazana bilərik. Hesab edirəm ki, mən turnik üzərində hərəkətlərdə qızıl mükafat qazana biləcək gimnastlardan biriyəm".

E.Zonderland qeyd edib ki, rəqabət çox yüksəkdir, çünki hər kəs Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyir:

"Burada məşhur gimnastlar, dünya və Avropa çempionları toplaşıb. Fikrimcə, gərgin mübarizə, maraqlı Dünya Kuboku olacaq. Yarışın keçirildiyi yer də möhtəşəmdir".

Qeyd edək ki, martın 14-17-də Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.