Ölkə

Övladını rus bölməsinə qoyanların nəzərinə!

13 Mart 2019 19:44
8 Şərh     Baxış: 2 362

Xəbər verdiyimiz kimi, bu gündən etibarən 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov rus bölməsini seçən valideynlərin qarşılaşdığı bir neçə problemi vurğulayıb. Bildirib ki, keçən il 15 032 şagird rus bölmələrində təhsil almaq hüququ qazanmışdı, ancaq bu il rəqəm yüksək olsa, xeyli fəsadlar yaranacaq:

"Yəni 4500 məktəbin birinci sinifində 15 min yer var. Bundan sonra sistemdə yer yox idi. İndi birdən 50 min valideyin müraciət edib təsdiq alsa, 50 min şagird necə yerləşəcək? Hansı faktora üstünlük veriləcək? Təhsil Nazirliyində qohumu, dostu, tanışı işləməsi meyarı əsas götürüləcək?

Tam əksinə də ola bilər. Birdən 15 min olmadı, oldu 10 min, o zaman kifayət qədər rus bölməsində dərs deyən müəllim işini itirəcək. Çünki sinif komplekti formalaşmayacaq. Və ya birdən-birə 50 min uşaq müsabiqədən keçsə, sizin o qədər əlavə müəlliminiz varmı?"

Ekspertin sözlərinə görə, müsahibədən keçən uşaqlar üçün məktəblərdə boş yer qalmaya bilər:

"Çünki müsahibələr müxtəlif tarixlərdə olacaq. Bəzi uşaqlar aprelin əvvəli, bəzisi aprelin sonu müsahibəyə dəvət olunur. Bu zaman müsahibədən keçməsinə baxmayaraq onlar rus bölməsində təhsil ala bilməyəcəklər. Çünki yerlər daha əvvəlki tarixdə müsahibədən keçənlər tərəfindən dolacaq. 

Məktəbə hazırlıq qruplarında oxuyanlar avtomatik olaraq 1-ci sinfə qəbul olur. Bu, rus bölməsinə də aiddir. Amma hansısa valideyn o məktəbi, o müəllimi istəyir, müsahibədən keçir, məlum olur ki, orda boş yer yoxdur. Çünki hansı məktəbdə rus bölməsinin olması, hansı müəllimin olması barədə məlumat yoxdur və ya məktəbəqədər təhsildən gələnlər tərəfindən tutulub. 

Bundan başqa, məktəbə hazırlıqda Azərbaycan bölməsində oxuyan, indi sorğusunu dəyişənlərə çox ciddi problemlər yaranıb. Elektron sistem işləmir. İnsanlar övladlarının əvvəlki sorğusunu silib yenidən müraciət edə bilmirlər".

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    555 · 13 Mart 20:1522

    Xaousu kim yaradib??Rus sektorunun nulovkasina geden ve eyni zamanda rus dilinden anlayishi olmayan aileler ushaqlarini basirlar rus sekyora, onlari ushaqlari avtomatik sistemededi.Rus dilini selist bilib nulovkaya grdmeyen ushaqlar ise sisteme dushe bilmir, ya da yer dolub deyilecek...biyabirchilig budur.Odur ki, mektebe nulovkaya yazilan ushaqlari da imtahandan kechirdin

    Cavab yaz
  • Anonim
    Nara · 13 Mart 20:5400

    Xahis bilen varsa yazin da. Demeli rayonda yasayiriq nerkem Bakiya getdik ona gore bilmirem heleki hansi mektebe qoynaq lazim uşagi.Bes musahibeden kecende mutleq mekteb qeyd olunur yoxsa umumilikde musahibedi?

    Cavab yaz
    • Anonim
      Kanan · 14 Mart 08:2421

      Bakida yer yoxdu ele rayonda oxutdurun.

      Cavab yaz
  • Anonim
    Nara · 13 Mart 21:0300

    Qeydiyatdan kecmese usaqi mektebe goturmurler?Eger Azerbaycanda deyillerse mekteb baslayana yaxin gelesidilerse bes nece ?

    Cavab yaz
  • Anonim
    N · 13 Mart 21:3411

    Çox biabırçı vəziyyət.., illərlə insanların övladları rus bölməsində təhsil alıb, amma belə biabırçılıqla üzləşməyib. Şəxsiyyət vəsiqəsi və, doğum haqqında şəhadətnamə də dövlət sənədidir, amma bu olar, o hələ indi yox, sonra..., alternativ məktəb..., və sairə... Bu qədər mürəkkəbliyi lüzum varmı görəsən? Elə bil bütün işlər insanların həyatını çətinləşdirməyə hesablanıb..Kim fikirləşibsə,MAŞALLAH olsun..

    Cavab yaz
  • Anonim
    ???? · 14 Mart 02:0400

    Biabırçılıq. Bu səhər mənim nəvəmi qeydiyyatdan keçirməyib oğlumu aldadıblar ki get başqa məktəbə kimdən pul alıblar onların uşaqlarını da keçiriblər bizdən sora gələn qeydiyyatdan keçib . Hadisə 91 saylı məktəbdə baş verib . Bir başa xaosdu .1həftə əvvəl pulları kimdən alıblar onlar qeydiyyatdan keçib. Sabah nazirliyə müraciət edəcəm

    Cavab yaz
  • Anonim
    Imran · 14 Mart 08:2510

    Usaqin geleceyini fikirlashirsansa ancaq rus sektoru.

    Cavab yaz
  • Anonim
    Leyla · 23 Mart 01:2800

    Aftomatik rus bolmesine vurulan uwaglar rus dilini demek olarki 75% bilmir. Niye onlari musabiqe edib yeri bowaltmirsiz. Savadli uwaglar qalir bele cetin veziyyetde

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.