Ölkə

Taksilərlə bağlı YENİ TƏLƏBLƏR - VİDEO - FOTO

13 Mart 2019 18:29
0 Şərh     Baxış: 2 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hökümətin təsdiq etdiyi yeni qaydalara görə, istehsal ili ən az 15, texniki saz, eləcə də, isitmə-soyutma sistemləri ilə təhciz edilən minik avtomobilləri taksi kimi işləyə bilər. Bundan əlavə taksometr, posterminalın olması vacibdir. Taksilər üçün xüsusi rənglər də müəyyyən edilib.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə Doğru" verlişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

Elməddin Muradlı - Ekspert: "Yaş məsələsi də var. 18 yaşında vəsiqə aldın o demək deyilki, taksilik edə bilərsən. İki il staj tələb olunacaq. Ağ, sarı, bənövşəyi rəngdə olacaq taksilər".

Hikmət Babayev - BNA-nın rəsmisi: "Taksiyə aid olan şərtlər tələblərdə öz əksini tapıb. O tələblərə cavab vermiyən nəqliyyat vasitələri istismardan çıxarılacaq və kənarlaşdırılacaq".

Tələbləri sürücülər məqbul qarşılayır. Amma onları narahat edən bəzi məsələlər də var.

Sürücü: "Vahid bir qiymət olsun"

Sürücü: "Deyirlər neçəyə apararsan? Deyirəm, sayğac nə yazar onu da verərsən. Deyir ki, bəlkə sayğac 10 manat yazdı axı mənim o qədər pulum yoxdur".

Mütəxəssislər deyir ki, xidmət keyfiyyəti üçün bu tələblərin qəbul və icrası uzunmüddətli prosesdir. Qəbul olunan qaydalar hüquqi və fiziki şəxslər üçün eynidir.

Fərhad Eyyubov - Ekspert: "Fərqlənmə alacaq, lazimi tələblərə cavab verən texniki vasitələri quraşdırıb xidmət göstərə bilərlər".

Tələblərin icrası Bakı nəqliyyat agnetliyinə tapşırılıb. Amma bu şərtlərin tam icrası üçün illər lazım olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Taksilərlə bağlı YENİ TƏLƏBLƏR

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.