Ölkə

Nazir müavini: "Azərbaycanda informatika müəllimlərinin ixtisaslaşmasını artırmaq lazımdır"

13 Mart 2019 15:53
1 Şərh     Baxış: 597

"Azərbaycanda orta məktəblərdə informatika tədrisinin səviyyəsini və bu fənn üzrə müəllimlərin ixtisaslaşmasını artırmaq lazımdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində keçirilən VI Regional İnternet İdarəçilik Forumunda deyib.

Nazir müavininin sözlərinə görə, internet cinayətkarlığı və virusları ilə mübarizə məktəb vaxtlarından tədris olunmalıdır.

E.Vəlizadə əlavə edib ki, hazırda demək olar ki, bütün şagirdlər internetdən, müasir texnologiyalardan istifadə edir:

"Biz onları kibertəhlükəsizlik barədə məlumatlandırmalıyıq. Fikrimcə, müvafiq orqanlar bu istqamətdə zəruri addımlar atacaq".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    vetendas · 13 Mart 18:3300

    bezilerinin belkede coxumun imformatka haqinda melumatlari bele yoxdu.maasfida alirlar.camaatkn vallarinda zelil edirler.Dovletimiz sag olsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.